Xarici işlər naziri Hakan Fidan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

İqtisadiyyat.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən açıqlamada, nazir Hakan Fidan ilə bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olduğu bildirilib.

Görüş zamanı S.Lavrovun nazir Fidanı yeni vəzifəsi münasibətilə təbrik etdiyi bildirilib.