İqtisadiyyat.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi elektrik işlərinin icrasını “IMA-Energy” şirkətinə həvalə edib və şirkətlə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, elektrik işlərinin icrası 7 101 139,6 manata başa gələcək.
Qeyd edək ki, paralel olaraq infrastrukturun yaradılması üzrə tikinti işlərinin icrasını isə “Protean Construction” şirkəti 7 999 998,75 manat qarşılığında həyata keçirəcək.
Xatırladaq ki, Hacıqabul Sənaye Parkı Prezident İlham Əliyevin bu ilin iyun ayında imzaladığı fərmanla Hacıqabul Sənaye Məhəlləsinin əsasında yaradılıb.