Bir qədər əvvəl pandemiyadan zərər çəkən sahibkarlar üçün yaradılan güzəştli kreditləri almaq üçün indiyədək 40-a yaxın müraciət edilib.

Bu barədə Sahibkarlığın İnkişafı Fondunun direktoru Samir Hümbətov bildirib. Onun sözlərinə görə, iki gün əvvəl işə düşməsinə baxmayaraq Elektron Kredit Platformasına bu müddətdə 40-a yaxın iş adamı kredit üçün müraciət edib.

Xatırladaq ki, sözügedən kreditlər pandemiyadan zərər çəkən sahibkarlar üçün nəzərdə tutulur və iş adamlarına yeni mexanizmlə kreditlərin verilməsinə aiddir.

Burada kreditlər illik 15%-dən artıq olmamasıq şərtilə 3 illik müddətə verilir, ilk 12 aya qədər güzəşt müddəti verilir. Bu dövrdə yalnız faizlər ödənilir.

Kreditlərin faizinin yarısını - 7,5%-ni dövlət ödəyəcək, eləcə də, dövlət bu kreditlərin aldınması zamanı kredit məbləğinin 60%-nə zəmanət verəcək.

Bununla yanaşı, Fond rəhbəri güzəşt müddəti seçərkən sahibkarlara ehtiyatlı olmağı tövsiyə edib. Çünki güzəşt müddəti böyük olduqca, sahibkar, kreditin əsas hissəsini daha qısa müddətdə qaytarmalı olacaq, bu da onlar üçün çətinliklər yarada bilər. FED.az