İqtisadiyyat.az xəbər verir ki, buna səbəb şirkətin nizamnamə kapitalına mədaxil edilmiş əmlakların satılması və təsisçiyə geri qaytarılmasıdır.

Bu səbəbdən Cəmiyyətin nizamnamə kapitalı 6 365 505 manatdan 200 manata endirilib.

Xatırladaq ki, “Güvenli-Servis Management” MMC 2009-cu ildə “BAK Tikinti-İnşaat” MMC kimi təsis edilib. 2013-cü ilin noyabrından adını dəyişdirməklə “Grand Hayat” MTK-ya, 2022-ci ilin mayından isə “Hayat Management” MTK-ya çevrilib. Həmin ilin sentyabrından isə hazırkı ad altında çıxış edir.

Şirkət Bakı şəhəri Yasamal rayonu, Tbilisi Pr, ev 1054-cü məhəllədə qeydiyyatdadır. Onun direktoru Ramil Alışov Veysəl oğludur.