2019-cu ildə Gürcüstan Azərbaycandan 170,2 min ton benzin və dizel yanacağı idxal edib.
İqtisadiyyat.Az xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin illik hesabatında bildirilib.
Qeyd olunub ki, Azərbaycandan idxal edilən yanacaq hesabat dövründə ölkənin ümumi idxalının 15%-ni təşkil edib.
Ötən il Gürcüstanın benzin və dizel yanacağının idxalı ümumilikdə 1 096,0 min ton təşkil edib ki, bu da 2018-ci illə müqayisədə (1 098,9 min ton) 2,9 min ton və ya 0,3% azdır.( Apa.az )