Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Azaraşvili vəzifəsini tərk edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Azaraşvili qərar qəbul etməzdən əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə danışıb.

Bildirilib ki, hökumət başçısı yaxın günlərdə yeni naziri təqdim edəcək. Azaraşvilinin istefasının səbəbi açıqlanmır.

Qeyd edək ki, Azaraşvili 2021-ci ilin dekabrından Səhiyyə Nazirliyinə rəhbərlik edir.

 

Gözəl Həşimova