Bu ilin ilk 10 ayında Gürcüstanın Azərbaycandan tədarük etdiyi elektrik enerjisinin həcmi 505,7 milyon kilovatt/saat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Sənədə əsasən, bu, ötən ilin eyni göstəricisindən 1,56 % çoxdur.

Yanvar-oktyabrda Gürcüstan ümumilikdə 1 724,5 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib ki, bunun da 29,32 %-i Azərbaycanın payına düşüb.

Hesabat dövründə qonşu ölkənin əsas elektrik enerjisi tədarükçüsü 1057,6 milyon kilovatt/saatla Rusiya olub.

İlk 10 ayda Gürcüstan Azərbaycandan Türkiyəyə 318,3 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit edib.