Gürcüstanda zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Gürcüstan Seysmik Monitorinq Milli Mərkəzi məlumat paylaşıb. Məlumatda bildirilir ki, zəlzələ 4,2 bal gücündə olub. 

Zəlzələnin episentri Dmansinin 16 kilometrliyində olub.

Dağıntı barədə məlumat yoxdur.