Gürcüstanda son sutkada koronavirusa 19 yeni yoluxma halı təsdiqlənib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da, qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 104 nəfərə çatıb. Həmin şəxslərin 914-ü sağalıb, 16-sı isə vəfat edib.
Hazırda Gürcüstan üzrə karantində 5 936, stasionar nəzarətdə isə 268 nəfər saxlanılır.report