Gürcüstanda son sutkada daha 9 nəfərin koronavirusa yoluxması müəyyənləşib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da, qonşu ölkədə indiyədək COVID-19 virus infeksiyasına yoluxanların ümumi sayı 995-ə çatıb. Onların 857-i müalicə olunaraq sağalıb, 15-i isə vəfat edib.
Hazırda Gürcüstan üzrə karantində 5 001, stasionar nəzarətdə isə 219 nəfər saxlanılır.report