Gürcüstanda son sutkda koronavirusa 3 yeni yoluxma halı təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da, qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulan şəxslərin sayı 951-ə çatıb. Sağalanların sayı 828, vəfat edənlərin sayı isə 15 nəfər təşkil edir.
Hazırda Gürcüstan üzrə karantində 3 569, stasionar nəzarətdə isə 199 nəfər saxlanılır.