Gürcüstanda daha bir nəfər koronavirusa yoluxub.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 828-ə çatıb. Onların 694-ü sağalıb, 13-ü isə vəfat edib.
Hazırda ölkə üzrə karantində 3 230, stasionar nəzarətdə isə 285 nəfər saxlanılır.(Report)