Gürcüstanda son sutkada koronavirusa 25yeni yoluxma halı təsdiqlənib, daha 10 pasiyent sağalıb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 250nəfərə, sağalanların sayı isə 1 010 nəfərə çatıb. Xəstəlikdən 17 nəfər dünyasını dəyişib.
Hazırda Gürcüstan üzrə 7 068 nəfər karantində, 242 nəfər isə stasionar nəzarətdə saxlanılır. Report