Kutaisidə “Gürcüstan Bankı”nda 12 nəfəri girov götürən şəxs ofisin daxilində partlayıcı yerləşdirdiyini sübut edən kadrları sosial şəbəkədə yayıb.

“Burada bombalar qoymuşam, qapı açılan kimi partlayacaq, - adam deyir.

Girovlardan biri isə deyir: “Onun üstündə saniyəölçən də var, o, zarafat etmir”.

Qarətçinin tələblərin yerinə yetirilməsi üçün qoyduğu vaxtın bitməsinə 30 dəqiqə qalıb.