Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna vetonu aşdıqdan sonra bu təşəbbüsə qarşı çıxan etirazçıları ölkənin Avropa gələcəyi mövzusunda referenduma hazırlaşmağa çağırıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Zurabişvili etirazçılara müraciətində bildirib. 

"Biz əsl referendum hazırlamalıyıq, bu gün sizdə olan bu enerjini imza toplamaq və onları mənə gətirmək üçün sərf etmək lazımdır, mən referendumla bağlı əmri imzalayacağam. Seçim etməliyik: biz Avropa gələcəyini və ya Rusiyanın əsarətini istəyirik", - Zurabişvili deyib. 

Gürcüstanın "Referendum haqqında" qanununa əsasən, referendum respublikanın bütün ərazisində keçirilir, hökumət, parlament və ya azı 200 min vətəndaş tələb edərsə, prezident onun keçirilməsini elan etmək səlahiyyətinə malikdir. Prezidentin referendumun keçirilməsi ilə bağlı sərəncamı Baş nazirin imzasını tələb edir.