Gürcüstan Türkiyə-Suriya sərhədi yaxınlığında baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Türkiyəyə xilasedicilər və xilasetmə texnikası göndərib.

Məlumata görə, 60 yanğınsöndürən və xilasedici, o cümlədən müvafiq xilasetmə texnikası artıq yola salınıb.

Bildirilib ki, yardım qrupuna xilasetmə tədbirləri istiqamətində xüsusi təlim keçmiş itlər də daxildir.