Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili ölkənin Rusiyadan neft məhsulları və buğda idxal etməsinin səbəbini izah edib.

Laşa Xutişvilinin sözlərinə görə, Gürcüstan şirkətləri bu məhsulları qonşu ölkədən qiymətlərin nisbətən aşağı olması səbəbindən alır.

Qeyd edək ki, 2022-ci ilin doqquz ayında Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi ötən illə müqayisədə demək olar ki, 50% artaraq 1,7 milyard dollar təşkil edib, Gürcüstandan qonşu ölkəyə ixrac 11% artıb.