Bu ilin yanvar-iyul aylarında Rusiyadan Gürcüstana tədarük olunan maye qazın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,2% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları İttifaqı məlumat yayıb.

Hesabat dövründə Gürcüstanın Rusiyadan maye qaz idxalı 31,5 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,66 min ton çoxdur.

 

Gözəl Həşimova