Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% böyüyüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, ötən ay ölkədə iqtisadi artım 6,2% təşkil edib.

Bildirilib ki, ötən ay maliyyə və sığorta fəaliyyətində, topdan və pərakəndə ticarətdə, avtomobil təmiri sahəsində, nəqliyyat sahəsində artım müşahidə olunub.

Hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsi 17,7 milyard dolları ötüb ki, bu da 2022-ci ilin analoji göstəricisindən 16,2% çoxdur.

 

Gözəl Həşimova