Gürcüstan gələn ilin iyul ayına qədər buğda və arpa ixracını qadağan edib.

Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hökumətin buğda və arpa ixracını qadağan edən fərmanı bu gündən etibarən qüvvəyə minib. Qərarda ölkədə istehsal olunan qarğıdalıların ixracına qadağa qoyulmayıb.

Əlavə edək ki, ötən il Gürcüstanda becərilən buğdanın ümumi həcmi 136,1 min ton təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 32,9% çoxdur. Gürcüstan ildə 650 min tona qədər buğda istehlak edir.