Ötən ay Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 70,6 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2023-ci ilin eyni ayı ilə müqayisədə 1 milyon dollar çoxdur.

Hesabat dövründə Azərbaycandan bu ölkəyə 65,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Gürcüstandan idxalının dəyəri isə 5,3 milyon dollar olub.

 

Gözəl Həşimova