Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 127,3 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2023-ci ilin eyni ayları ilə müqayisədə 44,7 milyon dollar azdır.

Hesabat dövründə Azərbaycandan bu ölkəyə 115,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Gürcüstandan idxalının dəyəri isə 12,1 milyon dollar olub.

 

Gözəl Həşimova