Moskvanın Basmannı məhkəməsi "Gürcü Milli Legionu" komandirinin müavini Levan Pipianı muzdluluğa görə qiyabi həbs edib. 

Bu barədə İqtisadiyyat.az rusiya mediasına istinadən xəbər verir.

Onun ekstradisiya edildiyi və ya Rusiya ərazisində saxlandığı andan iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. L. Pipiya qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 359-cu maddəsi ("Muzadlıq") ilə nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunub.

O, daha öncə beynəlxalq axtarışa verilib.

Qeyd edək ki, fevralın 28-də Moskvanın Basmannı məhkəməsi Ukraynadakı "Gürcü Milli Legionu"nun lideri Uşanqi Mamulaşvilini qiyabi olaraq həbs edib. Rusiya İstintaq Komitəsi (BQR) "Gürcü legionu"nun 70-dən çox muzdlusunu qiyabi olaraq mühakimə edib.