Güney Azərbaycanın Marağa şəhərində yaşayan Mirza Hüseyn Kərimi Marağayi vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, məlumatı Güney Azərbaycana bağlı informasiya mənbələri yayıb.

Bildirilib ki, o, Marağada müalicə olunduğu “Əmir əl-Möminin" xəstəxanasında 92 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, o, 1931-ci ildə Marağa şəhərində anadan olub. İranda Azərbaycan türkcəsində məktəbin olmamasına baxmayaraq tanınmış satiraçı şeirlərinin demək olar ki, hamısını Azərbaycan türkcəsində yazıb. İranda siyasi, ictimai və mədəni hadisələrə dair çatışmazlıqları satira dilində qələmə alan Mirzə Hüseyn Kəriminin yaradıcılığı güney azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanırdı.