“Günay Sığorta” şirkətinin ötən ilin 10 ayı ilə müqayisədə geriləməsi haqqında məlumatlar yayılmışdır.

Məlumatlar Maliyyə Bazarlarına Nəzarət Palatasının statistik göstəricilərinə əsasən qeyd edilmişdir. Lakin statistik göstəricilərdə texniki səhv olaraq şirkətin 9 aylıq yığımı 10 aylıq yığımı kimi təqdim olunmuşdur.

2019-cu il ərzində “Günay Sığorta” fəaliyyət istiqamətlərinin və satış kanallarının genişləndirilməsinə, sığorta portfelinin zərərlilik dərəcəsinin tənzimlənməsinə, əməliyyat fəaliyyəti üzrə mənfəət generasiyasına, yeni korporativ standartların tətbiqinə, bununla yanaşı qarşıya qoyulan bütün hədəflərə nail olmuşdur. Maliyyə göstəriciləri ilə yanaşı şirkət şimal və cənub regionlarında yeni filialların, eləcə dəyeni iş yerlərinin açılmasını təmin etmiş və satış coğrafiyasını daha da genişləndirmişdir. Regionlarda və Bakıda fəaliyyət göstərən satış nümayəndələrinin işlərini peşəkarlıqla yerinə yetirməsi nəticəsində 2018-ci ilin ilk 10 ayı ilə müqayisədə şirkətin yığımlarında artım müşahidə olunmuşdur.

Belə ki, 2018-ci ilin 10 ayında 5253 237,03 manat sığorta haqqı toplayan şirkət, 2019-cu ilin 10 ayında 5 996178,58 manat sığorta haqqı toplamışdır. Şirkətin effektiv idarəetmə siyasəti, zərərliliyin düzgün tənzimlənməsi və zərərli fəaliyyət növlərindən geri çəkilməsinəticəsində sığorta ödənişləri də azalmışdır. Belə ki, 2018-ci ilin 10 ayı üzrə 2 726412,69 manat sığorta ödənişi edən şirkət 2019-cu ilin 10 ayında 1 497 994,45 manat sığorta ödənişi edərək fəaliyyətini uğurla davam etdirmişdir.

Xatırladaq ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nininkişaf tarixi 27 ili əhatə edir. "Günay Sığorta" ASC 19 könüllü və 4 icbari sığortanövü üzrə müştərilərinə xidmət göstərir.