Sığorta sahəsinin peşəkar kadrlarından olan Kamran Babayev ”Günay Sığorta” ASC-nin İdarə Heyətinin müşaviri vəzifəsinə təyin edilib.

Şirkətin yaydığı məlumata görə, Kamran Babayev 1995-1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində hüquqşünaslıq, 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarəedilməsi üzrə bakalavr təhsili alıb.  2005-2006-ci illərdə o, Londonun "Chartered Insurance" İnstitutunda sığorta üzrə təhsilini davam etdirib.

Kamran Babayev 2003-2007-ci ildə “MBASK Sığorta” şirkətində Anderayter, 2007-2008-ci ildə "Beynəlxalq Sığorta Şirkəti"ndə Baş Anderayter, 2008-2012-ci illərdə isə Daxili Audit Departamentinin direktoru, 2012-2016-cı illərdə "Buta Sığorta"nın İdarə Heyətinin üzvü, 2017-ci ildən “Azərbaycan Sənaye Sığorta” Şirkətinin İdarə Heyətinin sədri, 2020-ci ildə “Standard Sığorta” şirkətinin sədri vəzifələrini icra edib.

Hal hazırda şirkətdə İdarə Heyətinin sədri vəzifəsini İdarə Heyətinin üzvü Gülnarə Cavadova icra edir. Gülnarə Cavadova 2018-ci ildən “Günay Sığorta” şirkətində çalışır və daha öncə Başak İnam, Az Sığorta şirkətlərində rəhbər vəzifələrdə çalışmışdır.

Şirkətin yeni strategiyasına uyğun olaraq yeni struktur qurulub və yeni strategiya istiqamətində işlər aparılır.

Xatırladaq ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 27 ili əhatə edir. "Günay Sığorta" ASC 19 könüllü və 4 icbari sığorta növü üzrə 10 nümayəndəlik və 100-dən çox satış nöqtəsi ilə müştərilərinə xidmət göstərir.Marja

kamran.jpg