İyulun 26-da "Əmlak Hərrac Mərkəzi" MMC-də ləğv prosesindəki “Günay Bank” ASC-nin daşınar əmlaklarının satışı üzrə açıq hərrac keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət 76 əmlakdan (keys, printer, seyf, notbuk, monitor, oturacaq, rəf, masa, kreslo, telefon, klaviatura, ventilyator, UPS) gedir. Əmlaklara ümumilikdə 11 461 manat qiymət qoyulub.