Bir neçə gün əvvəl Cəlilabad rayonunda yağan güclü qar kənd təsərrüfatına zərər vurub.

Bu barədə İqtisadiyyat.az-a bir qrup fermer məlumat verib.

Bildirilib ki, güc qar nəticəsində bir çox istixanaya zərər dəyib. 

Güclü qarın fəsadları ilə bağlı Aqrar Sığorta Fondunun yerli nümayəndəliyinə 4 fermer müraciət edib.

Lakin çiyələk sahələrini sığorta etdirmədikləri üçün sahibkarlara yardım olunmayacağı bildirilib.

Qeyd edək ki, Cəlilabad rayonunda yağan güclü qar çiyələk təsərrüfatlarına müəyyən ziyanlar vurub. Əksər təsərrüfatlarda örtük altında becərilən sahələr qar altında qalıb. Nəticədə güclü qarın ağırlığına tap gətirməyən dəmir armaturlar əyilib və örtüklər məhv olub.