İsmayıllı rayonunda güclü külək iri gövdəli ağacı kökündən qoparıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə axşam saatlarında Heydər Əliyev Prospektində baş verib. Ağac minik avtomobillərinin üzərinə aşıb. Üç minik avtomobilindən birinə yüngül, birinə ciddi ziyan dəyib digəri isə tamamilə yararsız vəziyətə düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Axşam Oğuz rayonunun Filfilli, Xaçmaz istiqamətində olan bir sıra kəndlərinə iri ölçülü dolu düşüb. Təxminən bir saat yarım çəkən dolu şiddətli leysanla əvəs olunub.Yerli sakinlərin sözlərinə görə Filfilli kəndinə təxminən 2 sm-ə yaxın qoz böyüklükdə dolular düşüb ki bu da meyvə bağlarına, həyatyanı sahələrə, fərdi təsərrüfatlara ziyan vurub.