Dünən gecə başlayan güclü külək rayonlarında bəzi fəsadlar yaradıb.

İqtisadiyyat.az xəbər verir ki, şiddətli külək səbəbindən elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Qəbələ, İsmayıllı və Göyçay rayonlarında küləklə əlaqədar elektrik enerjisinin verilməsində tez-tez açılmalar olub, hazırda Göyçay rayonun bəzi hissələrində hələ də enerjinin verilməsində məhdudiyyətlər var.

Dünən Göyçay Yanğından Mühafizə Hissəsi külək səbəbindən ümumilikdə 9 çağırışa çıxıb.

3 hektardan çox kolluq və qamışlıq əraziyə vaxtında müdaxilə edilərək baş verə biləcək fəsadların qarşısı alınıb.