Logo

Güclü külək nəticəsində xəsarət alanların sayı AÇIQLANDI


Güclü küləyin fəsadları paytaxtda 11 nəfərin xəsarət almasına səbəb olub. 

Bu barədə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

Məlumata görə, paytaxtda küləyin fəsadlarından 11 nəfər (5 kişi, 6 qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan birinə yerində yardım edilib, biri yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.

2021-11-11 10:29:00 1425
Teqlər: