Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən İqtisadiyyat.az-a bildirilib ki, bu gün səhər saat 10:00 üçün olan məlumata görə, güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb.
Birliyinin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib.
Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.