Səudiyyə Ərəbistanının Məkkə əyalətində küləyin sürəti 80 km/saata çatıb.

İqtisadiyyat.az "Kommersant"a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda küləyin yerli sakinləri və zəvvarları yerə yıxdığı görünür.

Qasırğa bir neçə reklam lövhəsini, metal konstruksiyaları və zibil qutularını da dağıdıb.  Fırtına səbəbindən Məkkə rəhbərliyi krallığın məktəb, kollec və universitetlərində dərsləri onlayn formata keçirmək qərarına gəlib.

 

Gözəl Həşimova