Göyçay sakini dəm qazından zəhərlənib.

İqtisadiyyat.az bildirir ki, Göyçay rayon Kürdəmiş kənd sakini 2009-cu il təvəllüdlü Zahidə Məmmədzadə dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda vəziyyəti ağırdır reanimasiya şöbəsində həkimlərin nəzarətindədir.