Goranboyda 3,1 maqnitudalı zəlzələ olub.

Bu barədə İqtisadiyyat.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Yerli vaxtla saat 07:22-də Gəncə stansiyasından 34 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.