Amerikanın “Google” korporasiyası tərtibatçılar üçün “Gemma" süni intellekt modelini elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat verilib.

Model proqram tərtibatçıları üçün nəzərdə tutulub və iki versiyada mövcuddur - yüngül 2B və daha güclü 7B. Şirkət qeyd edib ki, “Gemma” digər açıq modellərlə müqayisədə ölçüsünə görə ən yaxşı performansa malikdir. O, kompüterlərdə, mobil cihazlarda, “Cloud”da işləyə bilər.

Xidmət istifadəçilərə fayllar arasında axtarış aparmağa, sənədlərlə işləməyə və göstərişlər verməyə imkan verəcək.