Google tədqiqatçıları yazılı əmrlərdən musiqi yaratmaq üçün yeni süni intellekt sistemindən istifadə edən proqram hazırlayıblar.

Texnologiyada yeni bir dövrün qapısını açan DALL-E və ChatGPT-dən sonra bu dəfə musiqi üçün süni intellekt meydana çıxıb.

Belə ki, Google şirkəti mətni musiqiyə çevirən MusicLM adlı süni intellekt texnologiyası hazırlayıb.

MusicLM, DALL-E-nin mətnlər vasitəsilə şəkillər yaratmasına bənzər, fitli və ya uğultu melodiyasını digər alətlərə çevirərək mətn göstərişlərindən dəqiqəbə dəqiqə musiqi parçaları yarada bilər.