"Google" Çinin məşhur alış-veriş proqramı "Pinduoduo"nu "Play Store"dan silib.

İqtisadiyyat.az CNN-ə istinadən xəbər verir ki, buna səbəb tətbiqin versiyalarında zərərli proqramların aşkarlanmasıdır.

Bununla bağlı danışan bir "Google" sözcüsü qeyd edib ki, araşdırma zamanı tətbiqdə təhlükəsizlik problemləri aşkarlanıb. O, tətbiqi cihazlarına yükləyən istifadəçilərə onu silmələrini tövsiyə edib.