“Google” zərərli emissiyaları izləmək üçün Yer orbitinə peyk çıxaracaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Amerika korporasiyasının rəsmi hesabında məlumat verilib.

Bildirilib ki, metan sızmalarını aşkar etmək üçün şirkətin mütəxəssisləri Harvard və “Smithsonian İnstitutu”nun alimləri ilə birlikdə “Google Cloud”a əsaslanan alqoritmlər hazırlayıblar. Süni intellekt kosmosdan neft və qaz infrastrukturu obyektlərini, boru kəmərlərini və rezervuarları avtomatik müəyyən etməyə imkan verəcək. Texnologiya istixana qazı emissiyalarının daha çox hansı qovşaqlarda baş verdiyini müəyyən etməyə kömək edəcək.

Peykin orbitə buraxılması bu ilin mart ayına planlaşdırılır. O, “SpaceX Falcon 9” raketi ilə kosmosa çatdırılacaq. Sistem dünyanın ən böyük neft və qaz bölgələrində gündə 15 dəfə metan səviyyəsini ölçəcək. Monitorinqin nəticələri ictimaiyyətə açıqlanacaq.