“Google Chrome” brauzerində boşluq (CVE-2023-5217) aşkar olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Boşluq açıq mənbəli “Libvpx” kitabxanasının “VP8” kodlaşdırmasındakı bufer daşması zəifliyindən qaynaqlanır.

Boşluq kiberdələduza ixtiyari kodu icra etmək, fərdi məlumatları ələ keçirmək, dəyişdirmək və silmək imkanı verir.

İstifadəçilərə “Google Chrome” brauzerini ən son versiyaya yeniləmələri tövsiyə olunur.