Aparıcı qlobal investisiya bankçılığı, qiymətli kağızlar və investisiyaların idarə edilməsi şirkəti olan “Goldman Sachs Group, Inc” neft qiymətləri ilə bağlı proqnozuna yenidən baxıb.

Şirkət indi “Brent” markalı neftin bir barelinin qiymətinin əvvəllər düşünüldüyü kimi ilin ortasında deyil, dekabrda 100 dollara çatacağını gözləyir.

Şirkət əmtəə bazarının perspektivlərini çox nikbin qiymətləndirməkdə davam edir, onun super siklə daxil olduğuna inanır. Lakin “Goldman Sachs”, əsas iqtisadiyyatlarda daha aşağı tələb proqnozlarını və Rusiya və ABŞ-da hasilat dərəcələrinə bəzi yüksəlişə doğru dəyişikliklərini nəzərə alaraq, 2023-cü ildə qlobal gündəlik neft tədarükünün 150 min. barel artıq olacağını proqnozlaşdırır.

Analitiklərinin fikrincə, 2023-cü ildə “Brent” markalı neftin bir barelinin orta qiyməti əvvəllər proqnozlaşdırıldığı kimi 98 dollar deyil, 92 dollar olacaq. Uzunmüddətli perspektivdə neft qiymətləri yüksək olaraq qalacaq, Brent markalı neftin orta qiyməti 2024-cü ildə bir barel üçün 100 dollara çatacaq.