Güclü qar nəticəsində Giləzi-Xızı avtomobil yolunda nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda yağıntı davam edir və ərazidə yolun buz bağlamış hissələrinə qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunması istiqamətində işlər davam etdirilir.