Rusiya ilə Ukrayna arasında gərginliyin artması neft qiymətlərini bahalaşdırıb.
İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin sentyabr müqaviləsində bir barelin qiyməti 1,43 dollar və ya 1,8% bahalaşaraq 81,07 ABŞ dolları olub.
"WTI" markalı neftin sentyabr müqaviləsində bir barelin dəyəri isə 1,42 dollar və ya 1,9% artaraq 77,07 ABŞ dollarına çatıb.
Gözəl Həşimova