Amerikanın avtomobil istehsalçısı "General Motors" bu ilin üçüncü rübündə xalis mənfəətini bir qədər azaldıb, lakin gəlirini artırıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Hesabat dövründə şirkətin xalis mənfəəti 3,064 milyard dollardan 3,056 milyard dollara enib. Eyni zamanda, səhm üzrə mənfəət 2,20 dollardan 2,68 dollara yüksəlib.
Şirkətin gəliri isə 10,5% artaraq 48,76 milyard dollara çatıb.
Gözəl Həşimova