Gəncə şəhərində yolların əsaslı təmirinə başlanılır.

Bu barədə İqtisadiyyat.az Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən məlumat əldə edib.

Təmir işləri şəhərin əksər küçə və prospektlərini əhatə edəcək. Belə ki, küçələrdə təmirlə yanaşı abadlıq işləri də aparılacaq.

Qurum yolların əsaslı təmir işlərini “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqaviləyə uyğun olaraq, təmir işləri 9.847.742,45 manata başa gəıləcək.