Gəncədə bıçaqlanma hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə şəhərin Şərq küçəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Kamal Əliyev ayağından bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, dərhal yarası tikilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə Kamal Əliyev Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşıdır.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

APA