LED lampa fabrikinin dekabr ayında açılışı olacaq

Bunu açıqlamasında “Gəncə İş Adamları İctimai Birliyi”-nin İdarə Heyətinin sədri Zəfər Məmmədov deyib.

O Gəncə şəhərində yeni qurulan LED lampa zavodu barədə məlumat verərək bildirib ki, Gəncədə LED lampa fabriki qurmuşuq onu böyütmək və inkişaf etdirmək barədə düşünürük. LED lampa fabrikinin dekabr ayında açılışı olacaq. LED lampa fabrikimiz artıq qurulub artıq ilkin test lampalarımız istehsal edilib.

Zəfər Məmmədov fəbrikin qurulmasında əməkdaşlıq edilən dövlətlərə toxunaraq “LED lampa fabrikində Çin dövləti ilə əməkdaşlıq edərək zavodun dəzgahlarını və digər malları oradan gətirmişik. Bununla yanaşı Türkiyənin bu sahədə uğurlu olan şirkətlərin biri ilə əməkdaşlığa başladıq.Gələn il onlarla birgə lampaların istehsalını gücləndirəcəyik.”-deyə qeyd edib.fins