Gəncə şəhər Müseyib Bağırov küçəsində yerləşən ikimərtəbəli kafedə yanğın olub.
İqtisadiyyat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində kafe bütünlüklə yanıb.
Əraziyə 5 yanğınsöndürən 40-a yaxın canlı qüvvə cəlb olunub.
Yanğının iki saata yaxın davam etdiyi və səhər saatlarında söndürüldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.