Azərbaycanın Gəncə şəhəri gecə yarısı Ermənistanın raket hücumuna məruz qalıb. Düşmən dinc əhalini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriya atəşinə məruz qalıb.
Düşmənin silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.
Hazırda dağıntılar altında qalan şəxslərin xilas edilməsi istiqamətində tədbirlər görülür.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. İndiyədək dağıntılar altından xəsarət almış 17 nəfər və 5 nəfərin cəsədi çıxarılıb.
Xilasetmə əməliyyatları davam etdirilir. Əlavə məlumat veriləcək.oxu.az