Gəncədə 16 yaşlı qız itkin düşüb.

İqtisadiyyat.az-ın  xəbərinə görə, hadisə mayın 28-də Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2007-ci il təvəllüdlü Orucova Aytən Mustafa qızı yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.